Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.
Hərbi
17 Mart , 2019 10:59
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

“Report” xəbər verir ki, tədbir çərçivəsində əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkirlər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və Novruz bayramı münasibətilə digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi