Britaniya Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir

Britaniya Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib
Hərbi
1 İyul , 2016 18:25
Britaniya Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, 160-cı briqadanın komandiri, briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və sülhməramlı taborlarında keçirilən görüşlərdə britaniyalı nümayəndə heyətinə Silahlı Qüvvələrimizin müxtəlif ordularla qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, həmçinin sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Böyük Britaniyanın 160-cı briqadası ilə ƏİK proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq prespektivləri müzakirə edilib.

Britaniyalı nümayəndə heyəti ƏİK və sülhməramlı taborların xidmət yerləri, onlar üçün yaradılan sosial-məişət və təlim şəraitləri ilə tanış olub.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi