Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib Polkovnik-leytenant Deyvid Ethelli müdafi naziri Zakir Həsənova təqdim olunub
Hərbi
22 Noyabr , 2016 16:19
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib. 

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts ilə görüşüb.

Britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik-leytenant Deyvid Ethelli nazirə təqdim edib.

Hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən müdafiə naziri Z.Həsənov ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi