Bakı. 18 iyun. REPORT.AZ/ "Rusiya Azərbaycan və Ermənistana silahları paritet prinsipi əsasında satır".
"Report" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bu gün Moskva-Astana-Yerevan telekörpüsündəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, silah satışı Rusiya rəhbərliyinin qərarı əsasında gerçəkləşdirilir.
"Hər bir qərar qəbul edilərəkən, paritet amillər gözlənilir. Bundan başqa, Rusiya Azərbaycana satdığı kimi, Ermənistana da silah satır", - Nikolay Bordyuja vurğulayıb.