Yuxarı

BMT registri: Rusiya bir il ərzində Azərbaycana 65 tank və 118 artilleriya vahidi tədarük edib

Rusiya BMT-nin adi silah registrinə silahların tədarükü haqqında məlumat təqdim edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya BMT-nin adi silah registrinə 2014-cü il ərzində silahların tədarükü haqqında məlumat təqdim edib.

"Report" xəbər verir ki, dərc olunan sənədə əsasən, Rusiya 2014-cü ildə Azərbaycana 65 tank, 78 digər zirehli texnika vahidi, eləcə də böyük kalibrli 118 artilleriya vahidi tədarük edib.

Ötən il Rusiya həmçinin Qazaxıstan, Hindistan, İndoneziya, ABŞ-a silah satıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi