Müdafiə Nazirliyi: Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb

Müdafiə Nazirliyi: Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Hərbi
28 Mart , 2017 13:55
Müdafiə Nazirliyi: Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.
Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi