Yuxarı
    Bağlamaq

    Bir qrup hərbi qulluqçuya general-mayor ali hərbi rütbəsi verilib - SİYAHI

    Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb

    Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

    polkovnik Axundzadə Yusif Yevgeniyeviç

    polkovnik Eyyubov Teymur Tərlan oğlu

    polkovnik Əliyev İkram Zülfü oğlu

    polkovnik Hüseynov Zahid İbrahim oğlu

    polkovnik Orucov Elman İzzət oğlu.

    Prezident İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

    Eyni zamanda, dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

    Tahirov Ramiz Firudin oğlu – general-leytenant

    Cəbrayılov Xəqani Sərdar oğlu – general-mayor

    Əliyev Rasim Məmmədəli oğlu – general-mayor

    Mirzəyev Hikmət İzzət oğlu – general-mayor

    Əlibəyov Elxan Əlibəy oğlu – polkovnik

    Əliyev Pərviz Abid oğlu – polkovnik-leytenant

    “Vətən uğrunda” medalı ilə:

    Bayramov Namiq Süleyman oğlu – polkovnik

    Eminov Məmməd Şəmil oğlu – polkovnik

    Qurbanov Abdulla Novruz oğlu – polkovnik

    Rzayev Mübariz Mehman oğlu – polkovnik

    Məmmədov Vüqar Seyidbala oğlu – polkovnik

    “İgidliyə görə” medalı ilə:

    Dadaşov Haqverdi Xudaverdi oğlu – polkovnik-leytenant

    Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik-leytenant

    Hafizov Ervin Hacımurad oğlu – kapitan

    Seyidov Mirxəyal Mirsadıq oğlu – baş leytenant

    Həsənov Ülfət Viktor oğlu – gizir

    Teymurov Pəncəli Nurməmməd oğlu – gizir

    Umarov Sabir Kamil oğlu – gizir

    “Tərəqqi” medalı ilə:

    Namazov Fəxrəddin Hümbət oğlu

    Rəfiyev Hüseyn Səfər oğlu

    Seyranova Rimma İsrayıl qızı

    “Hərbi xidmətlərə görə” medalı ilə:

    Həsənov Hikmət Hüseyn oğlu – general-mayor

    Bağırov Gəray Abbas oğlu – polkovnik

    Əhmədov Qurban Möylə oğlu – polkovnik

    Əliyev Elsevər Sərhəd oğlu – polkovnik

    Əliyev Faiq Xanlar oğlu – polkovnik

    Əmirov Rüfət Məzahir oğlu – polkovnik

    Həsənov Elşad Humay oğlu – polkovnik

    Quliyev Azər Xudam oğlu – polkovnik

    Qurbanov Məlikməmməd Oruc oğlu – polkovnik

    Xəlilov Vasif Tofiq oğlu – polkovnik-leytenant

    Mehrəliyev Sadiq Nadir oğlu – polkovnik-leytenant

    Məmişov Natiq Gülağa oğlu – polkovnik-leytenant

    Şirinov Rasət Suliddin oğlu – polkovnik-leytenant

    Quliyev Samir Teymur oğlu – mayor

    Həmidov Hikmət Xeyrəddin oğlu – baş gizir

    Əliyev Eldar Rafiq oğlu – gizir

    Əliyev Pərvin Səlahəddin oğlu – gizir (ölümündən sonra)

    Əhmədov Elçin Rasim oğlu – kiçik gizir (ölümündən sonra)

    Hüseynov Rahil Əfsər oğlu – kiçik gizir (ölümündən sonra)

    Muradov İlqar Yusif oğlu – kiçik gizir (ölümündən sonra).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi