Azərbaycan Prezidenti bir qrup hərbçiyə general rütbəsi verib - SİYAHI

Azərbaycan Prezidenti bir qrup hərbçiyə general rütbəsi verib - SİYAHI Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb
Hərbi
24 İyun , 2016 18:41
Azərbaycan Prezidenti bir qrup hərbçiyə general rütbəsi verib - SİYAHI

Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

Polkovnik Bağırov Gəray Abbas oğlu

Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu

Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu

Polkovnik Məmmədov Fuad Nadir oğlu.

Son xəbərlər

Orphus sistemi