Beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Çin Silahlı Qüvvələrinin rolu müzakirə olunub

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Çin Silahlı Qüvvələrinin rolu müzakirə olunub Tədbir Azərbaycan və Çin silahlı qüvvələrinin yaranmasına həsr olunub
Hərbi
8 İyul , 2015 16:46
Beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Çin Silahlı Qüvvələrinin rolu müzakirə olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Çin Silahlı Qüvvələrinin rolu” mövzusunda elmi seminar keçirilib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97, Çin Xalq Qurtuluş Ordusunun isə 88-ci ildönümünə həsr olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov hərbi sahədə Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafı, dünyanın müxtəlif regionlarında sülhməramlı əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin iştirakı barədə məlumat verib.

Seminarda Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Lyu Xun, hərbi attaşenin köməkçisi Can, ADU-nun Tədris işləri üzrə prorektoru, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak edirdi. 

Son xəbərlər

Orphus sistemi