“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında Azərbaycanın mədəniyyəti, musiqisi və mətbəxinin nümunələri nümayiş etdirilir - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında Azərbaycanın mədəniyyəti, musiqisi və mətbəxinin nümunələri nümayiş etdirilir - VİDEO Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
Hərbi
5 Avqust , 2019 11:17
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında Azərbaycanın mədəniyyəti, musiqisi və mətbəxinin nümunələri nümayiş etdirilir - VİDEO

Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçirib.

Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.

Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara xeyli sayda milli mətbəx nümunələri təqdim edilir.

Sərginin Azərbaycan bölməsinə gələn çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları milli yeməklərimizin də dadına baxıblar.

Son xəbərlər

Orphus sistemi