Yuxarı

Beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib

Beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib
© mod.gov.az

Bakı. 23 may. REPORT.AZ/ Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova iştirakçıları müharibə gedən ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları ilə tanış edib.

Görüşdə şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi barədə informasiya da çatdırılıb.

Tədbirdə qurumun fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi