Yuxarı

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Azərbaycana gəlib

Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Azərbaycana gəlib
Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq
© Mod.gov.az

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 22-də nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Eyni zamanda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, eləcə də Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulur.

Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi