Beyləqanda partlamış raket mərmisinin mühərrik hissələri aşkarlanıb

Beyləqanda partlamış raket mərmisinin mühərrik hissələri aşkarlanıb ANAMA tərəfindən 1 300 kv.m ərazi yoxlanılıb
Hərbi
28 Fevral , 2017 17:08
Beyləqanda partlamış raket mərmisinin mühərrik hissələri aşkarlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Beyləqan rayonunun Birinci Şahsevən kəndində drenaj kanalına baxış keçirilib, 4 ədəd partlamış raket mərmisinin mühərrik hissələri aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 1 300 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Ümumilikdə agentlik yanvarın 1-dən fevralın 28-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 99 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 738 303 kv.m ərazi (385 853 kv.m ərazi əl ilə, 161 min kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 78 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi