​Belarus müdafiə nazirinin birinci müavini Azərbaycan hərbi hissələrində olub

​Belarus müdafiə nazirinin birinci müavini Azərbaycan hərbi hissələrində olub Qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonu ilə tanış olublar
Hərbi
14 İyul , 2016 16:51
​Belarus müdafiə nazirinin birinci müavini Azərbaycan hərbi hissələrində olub

Bakı. 14 iyul. REPORT.AZ/ Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi