Yuxarı

Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hospitalda olub

O, hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

“Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.

General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi