Baş Qərargah rəisi: "Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir"

Baş Qərargah rəisi: "Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir" Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir.
Hərbi
21 Noyabr , 2018 14:25
Baş Qərargah rəisi: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir".

"Report" xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler noyabrın 21-də Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"Bu gün üçüncüsü keçirilən toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə hərbi rəhbərləri olaraq bir araya gəlmişik. Həm regional, həm də qlobal səviyyədə sülhün və sabitliyin mühüm əhəmiyyət daşıdığı bu günlərdə yaxın bölgəmizdə baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Toplantıdakı müzakirələrdə, eləcə də ikitərəfli görüşlərimizdə dost və qardaş ölkəlimizin mövqelərinin bir-birinə yaxın olduğu bir daha vurğulandı",- Baş Qərargah rəisi bildirib. 

Y.Güler deyib ki, xüsusilə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, mövcud problemlərin sülh yolu ilə həlli, ölkələrin beynəlxalq müqavilələr və beynəlxalq hüquqda təsbit olunan sərhədləri daxilində ərazi bütövlüyünün qorunmasında Türkiyə, Azərbaycan və Gürcüstan olaraq eyni mövqedəyik: "2015-ci ildə Türkiyədə keçirilən ilk görüşdən sonra dost və qardaş ölkələrimiz arasında başlayan və gündən-günə güclənən üçtərəfli əməkdaşlıq bu gün uğurla həyata keçirilir. Üçtərəfli formatda əməkdaşlığın inkişafını görmək bizi son dərəcə məmnun edir".

Son xəbərlər

Orphus sistemi