Baş Qərargah rəisi: “Aprel döyüşləri dövründə tibb xidmətinin fəaliyyəti yüksək səviyyədə idi”

Baş Qərargah rəisi: “Aprel döyüşləri dövründə tibb xidmətinin fəaliyyəti yüksək səviyyədə idi” Silahlı Qüvvələrin Tibb Baş İdarəsində altı ayın yekunlarına həsr olunan tədbir keçirilib
Hərbi
15 İyul , 2016 17:42
Baş Qərargah rəisi: “Aprel döyüşləri dövründə tibb xidmətinin fəaliyyəti yüksək səviyyədə idi”

Bakı. 15 iyul. REPORT.AZ/ Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, Əlahiddə Ümumqoşun Ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəsissələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunan toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həyətində ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun iştirak ilə keçirilən toplantı dövlət himninin oxunması, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

General-polkovnik N.Sadıkov aprel ayında cəbhə bölgəsində aktiv döyüş əməliyyatları getdiyi dövrdə tibb xidmətinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu və bu sahədə həkimlərin peşəkarlığını xüsusi qeyd edib.

Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi etimadı doğrultmaq üçün tibb xidməti zabitlərinin də qarşısında mühüm vəzifələrin dayandığını vurğulayan N.Sadıkov müdafiə nazirinin müvafiq tövsiyələrini onların diqqətinə çatdırıb.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev tibb sahəsinə xüsusi diqqət ayırdığı və onların fəaliyyətini yüksək qiymətləndirdiyi üçün ordu rəhbərliyinə dərin təşəkkürünü bildirərək hesabat dövründə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.

Ötən yarım ilin yekunlarına həsr edilmiş toplantı tibb mütəxəsislərinin çıxışları və müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi