Baş nazir: "Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır"

Baş nazir: "Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır" ​Azərbaycanın müdafiə naziri Qırğızıstanın baş naziri ilə görüşüb
Hərbi
1 İyun , 2015 18:27
Baş nazir: Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

Bakı. 1 iyun. REPORT.AZ/ Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-də bu ölkənin baş naziri Temir Sariyevlə görüşüb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razı qaldıqları bildirilib, müxtəlif strukturlar, o cümlədən müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açması ifadə edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Sariyev münaqişənin tez bir zamanda sülh və siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu xüsusi vurğulayıb.

“Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”, - T.Sariyev bildirib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi