Yuxarı

Baş direktor: "Kalaşnikov" konserni analoqu olmayan pulemyot hazırlayır"

RPK-16 5,45 mm pulemyotu müasir silahlı münaqişələrin təcrübəsinin öyrənilməsi əsasında işlənib hazırlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiyanın "Kalaşnikov" konserni yeni yüngül əl pulemyotu - RPK-16 5.45 mm hazırlayır. Silahın həm də hücum tüfəngi funksionallığı olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə konsernin baş direktoru Aleksey Krivoruçko bildirib.

"Müasir silahlı münaqişələrin təcrübəsinin öyrənilməsi əsasında biz 5,45 mm kalibrli yüngül Kalaşnikov əl pulemyotu (RPK-16) hazırlamışıq. Çəkisi, ölçüsü, dəqiqliyi və universallığına görə bu silahın analoqu yoxdur", - deyə o vurğulayıb.

Baş direktor, həmçinin yeni pulemyot üçün daha çox tutumlu daraq hazırlandığını söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi