Bakıda xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı keçirilib - FOTO

Bakıda xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı keçirilib - FOTO Bakı. 6 aprel. REPORT.AZ/ “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı təşkil edib.
Hərbi
6 Aprel , 2018 17:05
Bakıda xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı keçirilib - FOTO

Bakı. 6 aprel. REPORT.AZ/ “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı təşkil edib.

Cəmiyyətin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, MMC-nin sərdi Niyazi Eynalov yarışı açıq elan edərək bildirib ki, bu yarış rəşadətli ordumuzun düşmən üzərində aprel qələbəsinin 2-ci ildönümünə və aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsinə təsadüf edir. O, seçki hüququ olan müdavimlərə seçkidə aktivlik göstərməyi və xalqımızın ən layiqli namizədinə səs verməyi tövsiyə edib.

Daha sonra yarışın mahiyyəti barədə məlumat verən Cəmiyyətin sədri N.Eynalov qeyd edib ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək müdavimlərin hərbi vətənpərvər, döyüşkən əhval-ruhiyyəli, fiziki cəhətdən sağlam və hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir.

7 tapşırıqdan ibarət olan yarış boyunca müdavimlərə şərti döyüş şəraitində hərəkət metodları, ayıq-sayıqlıq, əl qumbaralarından istifadə qaydaları, atıcı silahdan dəqiq nişanalma bacarıqları, yaranmış təsadüflər zamanı avtomobil texnikasını minalanmış sahədən çıxararaq sağ-salamat mənzil başına çatdırmağın yolları, bütövlükdə isə döyüş təcrübəsi praktik olaraq aşılanıb.

Qeyd edək ki, münsiflər heyəti keçirilən yarışın nəticələrini qiymətləndirib, qalib komandaların üzvlərinə qol saatları hədiyyə edilib, diplom və kubokla mükafatlandırılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekunlarına görə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının komandası 93 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 61 balla 2-ci nəticə, Binəqədi rayon 1 nömrəli filialının komandası isə 42 balla 3-cü nəticə göstərərək qalib olublar.

Son xəbərlər

Orphus sistemi