Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüş başlayıb

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüş başlayıb Bakı. 5 iyun. REPORT.AZ/ Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Hərbi
5 İyun , 2018 13:03
Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüş başlayıb
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modul”u mövzusuna dair müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi