Yuxarı

​Bakıda NATO-nun "Strateji kommunikasiya və ictimai əlaqələr" üzrə kursu keçirilir

Kurs iyulun 1-dək davam edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Strateji kommunikasiya və ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilir.

Nazirlikdən "Report"a verilən məlumata görə, kurs müddətində NATO-nun nümayəndə heyəti tərəfindən şəxsi heyətə "NATO-nun hərbi strukturu", "NATO-da hərbi tərəfdaşlıq", "İctimai əlaqələr üzrə əməliyyatlar", "Strateji kommunikasiyanın hədəf auditoriyası", "İctimai əlaqənin nəticələri və vasitələri", "Strateji kommunikasiya və ictimai əlaqələr üzrə planın hazırlanması" və digər mövzulara dair mühazirələr oxunur, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılır.

Kurs iyulun 1-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi