​Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir

​Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir İkigünlük seminar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq
Hərbi
13 Oktyabr , 2015 19:32
​Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir

Bakı. 13 oktyabr. REPORT.AZ/Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 13-dən Bakı şəhərində NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

"Report"un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi