Yuxarı

Bakıda keçiriləcək "Xəzər-2017" təlimlərində 1500-dən çox xilasedici iştirak edəcək

Bakıda keçiriləcək "Xəzər-2017" təlimlərində 1500-dən çox xilasedici iştirak edəcək
Təlimlərdə 300-dən çox texnika istifadə olunacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 2-4-də xilasedicilər üçün "Xəzər-2017" təlimləri keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, təlimlərə Xəzəryanı dövlətlərin hamısından 1500-dən çox yanğınsöndürən, xilasedici və 300-dən çox texnika cəlb ediləcək. Təlimlərin məqsədi beynəlxalq xilasedici qruplarının suda və ya quruda fövqəladə halın aradan qaldırılması, gəmilərin qəza törətməsi, yanğınlar, binaların uçması zamanı qarşılıqlı əlaqəli fəaliyyətinin işlənməsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi