Yuxarı

Bakıda ilk dəfə NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir

Bakıda ilk dəfə NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir
© mod.gov.az

Bakı. 15 may. REPORT.AZ/ NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.

Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi