Yuxarı

Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub

Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunub

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtın qonaqları tərəfindən maraqla qarşılanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi