​Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün seminar təşkil olunub

​Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün seminar təşkil olunub NATO-nun nümayəndələri modullar üzrə müxtəlif mövzularda brifinqlər təqdim ediblər
Hərbi
6 Mart , 2015 17:47
​Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün seminar təşkil olunub

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda Əfqanıstan Milli Ordusunun yüksək vəzifəli nümayəndələri üçün "Silahlı Qüvvələr üzərində mülki nəzarət" mövzusunda beşgünlük seminar təşkil olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ADA Universitetində keçirilən tədbirdə Azərbaycanın dövlət qurumlarının və NATO-nun nümayəndələri modullar üzrə müxtəlif mövzularda brifinqlər təqdim ediblər.

Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Namiq Həmidli "Silahlı Qüvvələr üzərində mülki nəzarət sahəsində Azərbaycan təcrübəsi" adlı mühazirə ilə çıxış edərək müzakirələrə qatılıb.

Son xəbərlər

Orphus sistemi