Yuxarı

Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır

Bakı Moskva ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır
Azərbycan Rusiya ilə 5 milyon dollar məbləğində müqavilələr imzalayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr üzrə danışıqlar aparır, bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.

“Report” xəbər verir ki, bunu RİA "Novosti"yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bu, bizdə daim diqqət zonasında olan prosesdir. Hazırda danışıqlar gedir. Siz yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar istehsal olunur. Hazırda hansısa konkret ad çəkmək mənim üçün çtindir, lakin bütövlükdə bizim bu sahədə əməkdaşlığımız məhsuldardır", — deyə o, Ümumdünya İqtisadi Forumu kuluarlarında bildirib.

Prezident qeyd edib ki, Azərbycan Rusiya ilə 5 milyon dollarlıq müqavilə imzalayıb.

"Onların əksəriyyəti həyata keçirilib. Tədarüklər bizə çatıb. İndi əməkdaşlıq üzrə gələcək planlar üzərində işləyəcəyik. Azərbycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur", — deyə o bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi