Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sabiq rəhbərlərinin xatirəsi yad olunub - VİDEO

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sabiq rəhbərlərinin xatirəsi yad olunub - VİDEO Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin (BAÜKM) müxtəlif illərdən olan məzunları məktəbin sabiq rəhbərlərinin - general-mayor Aleksandrov Fyodor Alekseyeviç (1970-1977-ci illərdə məktəbin rəhbəri olub) və general-leytenant Bərşadlı Valeh Eyyub oğlunun (1977- 1987-ci illərdə məktəbin rəhbəri olub) məzarlarını ziyarət ediblər.
Hərbi
19 Fevral , 2018 14:45
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sabiq rəhbərlərinin xatirəsi yad olunub - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin (BAÜKM) müxtəlif illərdən olan məzunları məktəbin sabiq rəhbərlərinin - general-mayor Aleksandrov Fyodor Alekseyeviç (1970-1977-ci illərdə məktəbin rəhbəri olub) və general-leytenant Bərşadlı Valeh Eyyub oğlunun (1977- 1987-ci illərdə məktəbin rəhbəri olub) məzarlarını ziyarət ediblər.

"Report" xəbər verir ki, Bakıda İkinci Fəxri Xiyabanda toplaşan tədbir iştirakçıları şanlı generalların, hərbi məktəbin rəhbərlərinin layiqli və səxavətli insanlar olduğunu qeyd ediblər. Bildirilib ki, onlar gələcək zabitlərin təlim-tərbiyəsi işində həm kursant, həm də bütün professor-müəllim heyətinin hörmətini və sevgisini qazanıblar.

BAÜKM məzunlarının təşəbbüsü, eləcə də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bilavasitə dəstəyi və iştirakı ilə qısa müddət ərzində general-mayor F.Aleksandrovun məzarı yenidən qurulub.

Tədbir iştirakçıları hərbi ənənələri xatirəsinin qorunmasında gördükləri işlərə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda məktəbin məzunları generallar barədə xatirələrini bölüşüblər, onların xatirəsini anıb, məzarları üstünə gül dəstəsi qoyublar.

Son xəbərlər

Orphus sistemi