Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirilə keçiriləcək birgə təlimləri müzakirə edib

Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirilə keçiriləcək birgə təlimləri müzakirə edib İsmet Yılmazın səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb
Hərbi
11 Sentyabr , 2014 15:37
Azərbaycan prezidenti Türkiyənin müdafiə nazirilə keçiriləcək birgə təlimləri müzakirə edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Report xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirilib, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub, Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.

Son xəbərlər

Orphus sistemi