Yuxarı

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
© mod.gov.az

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, K.Vəliyev 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyədə səfərdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi