Azərbaycanla Türkiyə arasında aeronavtika və kosmonavtika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında aeronavtika və kosmonavtika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Bakı. 23 iyul. REPORT.AZ/ Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
23 İyul , 2018 16:43
Azərbaycanla Türkiyə arasında aeronavtika və kosmonavtika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin aeronavtika və kosmonavtika sahəsi üzrə ixtisaslaşmış “Turkish Aerospace” şirkətinin baş direktoru Təməl Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. 

Y.Musayev Azərbaycan ilə qardaş Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verib və Türkiyənin müvafiq qurumları ilə sahə üzrə mövcud əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi