Yuxarı
    Bağlamaq

    Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

    Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

    Tədbirin yekununda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

    Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi