Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub Bakı. 25 sentyabr. REPORT.AZ/ ADEX 2018 üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
25 Sentyabr , 2018 17:37
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi