Azərbaycanla NATO arasında əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycanla NATO arasında əməkdaşlıq məsələsi müzakirə olunub Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb
Hərbi
31 May , 2017 14:08
Azərbaycanla NATO arasında əməkdaşlıq məsələsi müzakirə olunub
Mod.gov.az

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkənin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb.
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar Bakıya səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi