Yuxarı

Azərbaycanla Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Misir arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 8 avqust. REPORT.AZ/ Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası Müdafiə və Hərbi İstehsalat Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, general-mayor Tarek Saadzagloul Tolbanın başçılq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Yəhya Musayev Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Səmimi keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Tarek Saadzagloul Tolba qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi