Azərbaycanla Fransa arasında hərbi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Fransa arasında hərbi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub Müdafiə naziri Fransanın Azərbaycandakı səfirini qəbul edib
Hərbi
21 Yanvar , 2015 16:24
Azərbaycanla Fransa arasında hərbi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkədəki səfiri Paskal Mönyeni qəbul edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi