Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub Zakir Həsənov ​Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb
Hərbi
11 Aprel , 2017 13:49
Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub
Mod.gov.az

Bakı. 11 aprel. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi