Yuxarı

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi