Yuxarı

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Hər iki ölkənin Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
© Mod.gov.az

Bakı. 9 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi