Yuxarı

Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq müzakirə edilib
​Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi