Yuxarı
    Bağlamaq

    ​Azərbaycanla BƏƏ arasında ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

    Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib. 

    “Report”un nazirliyin saytına istinadən verdiyi məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

    Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq, Silahlı Qüvvələrin şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.

    Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli də iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi