​Azərbaycanla Avstriya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

​Azərbaycanla Avstriya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Müdafiə naziri Avstriya Respublikasının səfirini qəbul edib
Hərbi
18 Fevral , 2015 16:03
​Azərbaycanla Avstriya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Avstriya Respublikası Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner də iştirak edib.

Son xəbərlər

Orphus sistemi