Azərbaycanın "Tank biatlonu" Beynəlxalq Ordu Oyunları 2017" müsabiqəsində rəqibləri müəyyənləşib

Azərbaycanın "Tank biatlonu" Beynəlxalq Ordu Oyunları 2017" müsabiqəsində rəqibləri müəyyənləşib Azərbaycan komandası ikinci yürüşdə Çin, Monqolustan və Küveyt komandaları ilə birlikdə iştirak edəcək
Hərbi
25 İyul , 2017 12:03
Azərbaycanın Tank biatlonu Beynəlxalq Ordu Oyunları 2017 müsabiqəsində rəqibləri müəyyənləşib

Bakı. 25 iyul. REPORT.AZ / Azərbaycanın "Tank biatlonu" Beynəlxalq Ordu Oyunları 2017" müsabiqəsində rəqibləri müəyyənləşib.

"Report"un Rusiya KIV-inə istinadən verdiyi məlumata görə, püşkatmanın yekunları üzrə Alabino poliqonunda Azərbaycan komandası ikinci yürüşdə Çin, Monqolustan və Küveyt komandaları ilə birlikdə iştirak edəcək.

Müsabiqədə Azərbaycan, Anqola, Ermənistan, Uqanda, Tacikistan, Serbiya, Rusiya, Nikaraqua, Monqolustan, Laos, Küveyt, Çin, Qırğızıstan, Qazaxıstan, İran, Hindistan, Zimbabve, Venesuela və Belarusdan ümumilikdə 19 komanda iştirak edir.

Son xəbərlər

Orphus sistemi