Azərbaycanın Silahlı Qüvvələrində "Açıq qapı" günü keçirilir

Azərbaycanın Silahlı Qüvvələrində "Açıq qapı" günü keçirilir Valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq
Hərbi
30 Dekabr , 2016 12:34
Azərbaycanın Silahlı Qüvvələrində Açıq qapı günü keçirilir

Bakı. 30 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin hərbi hissələrində "Açıq qapı" günü keçirilir.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi