Azərbaycanın müdafiə nazirinin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə nazirinin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək
Hərbi
4 Aprel , 2017 15:01
Azərbaycanın müdafiə nazirinin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Z.Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, baş nazirin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi