Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb

    Zakir Həsənov ölkə rəsmiləri ilə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə edəcək

    Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviyaya rəsmi səfəri başlayıb. 

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Litvaya rəsmi səfərini başa çatan Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya yola düşüb.

    Müdafiə naziri Latviyanın yeni seçilən prezidenti, iyulun 8-dən vəzifəsinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.

    Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi