Yuxarı

Azərbaycanın müdafiə naziri Pakistan Prezidenti ilə görüşəcək

Görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib. Bu barədə “Report”a Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Noyabrın 19-da Müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər bu gün sona çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi