Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə naziri sabah Pakistana səfər edəcək

    Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə olunacaq

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sabah Pakistana səfər edəcək.

    Diplomatik mənbədən "Report"a daxil olan məlumata görə, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Pakistanın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək.

    Görüşlərdə hərbi sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

    Səfər noyabrın 19-u başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi