​Azərbaycanın müdafiə naziri bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib

​Azərbaycanın müdafiə naziri bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib General-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib
Hərbi
11 Noyabr , 2014 12:36
​Azərbaycanın müdafiə naziri bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf yolları barədə fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi